Modern.az

Qubada ər arvadının başını kəsib

Qubada ər arvadının başını kəsib

20 May 2017, 11:35

Qubada qətl hadisəsi baş verib.

 

APA-nın məlumatına görə, hadisə rayonun Güləzi kəndində qeydə alınıb. Kənd sakini, 1986-cı il təvəllüdlü Ələsgərov Murad Şirinbəy oğlu həyat yoldaşı, 1988-ci il təvəllüdlü Ələsgərova Ulduz Aydın qızının başını kəsərək qətlə yetirib.

 

Ailənin 3 azyaşlı övladı var.

 

Faktla bağlı Quba rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım