Modern.az

Oqtay Əsədov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısına gedir

Oqtay Əsədov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısına gedir

20 May 2017, 13:20

Milli Məclisin sədri Oqtay Əsədov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında iştirak etmək üçün mayın 21-dən 23-dək Türkiyənin İstanbul şəhərində işgüzar səfərdə olacaq.

 

Parlamentin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə,  zirvə toplantısında təşkilatın əhatə etdiyi Qara dəniz regionunda bugünkü vəziyyət, terrorizmə qarşı mübarizə, quruma üzv ölkələr arasında əməkdaşlığın dərinləşməsi və gələcək inkişaf perspektivləri barədə müzakirələr aparılacaq.

 

Səfər çərçivəsində parlamentin sədri Oqtay Əsədovun Zirvə toplantısında iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

 

Mirmahmud KAZIMOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım