ABŞ-ın birinci xanımı Melaniya Tramp əri ilə Səudiyyə Ərəbistanına səfəri zamanı hicab bağlamaqdan imtina edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanında qadınlarla bağlı sərt geyim qaydalarına görə, ölkəyə ayaq basan əcnəbi xanımlar da hicab bağlamalıdır. Lakin ABŞ-ın birinci xanımı bu qaydalara məhəl qoymayıb.
Xatırladaq ki, daha əvvəl Almaniya kansleri Angela Merkel də Səudiyyə Ərəbistanına səfəri zamanı hicab örtməkdən imtina etmişdi.
Mirmahmud KAZIMOĞLU