“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında bu gün Azərbaycan idmançıları daha 10 medal qazanıb. Modern.az xəbər verir ki, medallardan 3-ü qızıl, 4-ü gümüş, 3-ü bürünc əyarlı olub. Bu nəticədən sonra Azərbaycanın aktivindəki medalların sayı 134-ə yüksəlib. Medallardan 66-sı qızıl, 39-u gümüş, 29-u bürüncdür. Millimiz qızıl medalların sayına görə, liderliyini qoruyub saxlayır. Medalların sayına görə, ikinci yerdə Türkiyə, üçüncü yerdə isə əvvəlki kimi İran komandası qərarlaşıb.
Modern.az ölkələrin qazandığı medallarla bağlı cədvəli təqdim edir:
Yer | Ölkə | Qızıl | Gümüş | Bürünc | Cəmi |
1 | Azərbaycan | 66 | 39 | 29 | 134 |
2 | Türkiyə | 65 | 58 | 49 | 172 |
3 | İran | 24 | 25 | 33 | 82 |
4 | Özbəkistan | 15 | 15 | 30 | 60 |
5 | Bəhreyn | 12 | 5 | 4 | 21 |
6 | Əlcəzair | 7 | 12 | 18 | 37 |
7 | İndoneziya | 6 | 29 | 20 | 55 |
8 | Misir | 6 | 4 | 7 | 17 |
9 | Mərakeş | 7 | 5 | 14 | 26 |
10 | Qırğızıstan | 3 | 4 | 7 | 14 |
11 | İordaniya | 3 | 1 | 11 | 15 |
12 | Səudiyyə Ərəbistanı | 4 | 1 | 6 | 11 |
13 | Türkmənistan | 2 | 4 | 6 | 12 |
14 | İraq | 2 | 4 | 4 | 10 |
15 | Qazaxıstan | 2 | 4 | 10 | 16 |
16-17 | Suriya | 2 | 2 | 6 | 10 |
| Qətər | 2 | 2 | 6 | 10 |
18 | Kamerun | 1 | 2 | 5 | 8 |
19 | Tunis | 1 | 2 | 8 | 11 |
20 | Seneqal | 1 | 1 | 1 | 3 |
21-22 | Banqladeş | 1 | 1 | 0 | 2 |
| Qambiya | 1 | 1 | 0 | 2 |
23-25 | Benin | 1 | 0 | 1 | 2 |
| Qvineya-Bisau | 1 | 0 | 1 | 2 |
| Mozambik | 1 | 0 | 1 | 2 |
26 | Pakistan | 0 | 3 | 5 | 8 |
27 | Oman | 0 | 2 | 4 | 6 |
28 | Nigeriya | 0 | 3 | 1 | 4 |
29-31 | Qayana | 0 | 1 | 2 | 3 |
| Surinam | 0 | 1 | 2 | 3 |
| Birləşmiş Ərəb Əmirliyi | 0 | 1 | 3 | 4 |
32 | Cibuti | 0 | 1 | 1 | 2 |
33 | Uqanda | 0 | 1 | 0 | 1 |
34 | Fil Dişi Sahili | 0 | 0 | 4 | 4 |
35-36 | Livan | 0 | 0 | 1 | 1 |
| Malayziya | 0 | 0 | 1 | 1 |
Modern.az