Modern.az

Birinci vitse-prezident qalibləri mükafatlandırdı

Birinci vitse-prezident qalibləri mükafatlandırdı

20 May 2017, 20:46

Bu gün İslamiadanın sərbəst güləş yarışlarının sonuncu qarşılaşmasında qalib gələn Azərbaycan pəhləvanı Cəmaləddin Maqomedov qızıl medal qazanıb. Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmasına baxıblar.

Yarışlarda 125 kiloqram çəki dərəcəsində mübarizə aparan dünya və Avropa ikincisi, Dünya Kubokunun qalibi olan Cəmaləddin Maqomedov həlledici qarşılaşmada Qazaxıstan pəhləvanı Daulet Şabanbayı məğlub edərək qızıl medal qazanıb.

Qalib idmançılara medalları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti xanım Mehriban Əliyeva təqdim edib.

Çempion idmançımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım