Modern.az

19 yaşlı qız narkotik alverinə görə tutuldu

19 yaşlı qız narkotik alverinə görə tutuldu

20 May 2017, 21:28

Kürdəmir rayon sakini narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı saxlanılıb. Modern.az APA-ya istinadən xəbər verir ki, faktın üstü Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən açılıb. Aparılan əməliyyat-axtarış tədbirləri zamanı rayonunun Xırdapay kənd sakini, 1998-ci il təvəllüdlü Əhmədova Süsən Rəfael qızı narkotik vasitə ticarəti ilə məşğul olarkən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım