Modern.az

Azəbaycan İslamiadada daha 3 gümüş qazandı

Azəbaycan İslamiadada daha 3 gümüş qazandı

22 May 2017, 12:36

Bu gün Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində uşu yarışları keçirilib.

Modern.az xəbər verir ki, 70 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı Vüqar Kərəmov finalda İran idmançısı Saeid Fazeli ilə qarşılaşmada məğlub olub.
İdmançımız gümüş medal qazanıb.


Qeyd edək ki, bu gün səhər daha iki idmançımız gümüş medala sahiblənmişdi.

Elçin Eminov (56) İran təmsilçisi Mahdi Mohammadi ilə qarşılaşıb və gümüş medalla kifayətlənib. 65 kiloqram çəki dərəcəsində mübarizə aparan Yeniyetmələrin Yay Olimpiya Oyunlarının gümüş medalçısı Bayram Şəmmədov da həlledici görüşdə iranlı Foroud Zafari ilə qarşılaşıb. Oyun İran idmançısının qələbəsi ilə başa çatıb.




Modern.az

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım