Modern.az

Atasını boğub öldürən oğul tutuldu

Atasını boğub öldürən oğul tutuldu

22 May 2017, 13:00

 

Mayın 18-də Biləsuvar rayonunun Zəhmətabad kənd sakini İradə Rəsulovanın mayın 14-də atası Təzəbəy Rəsulovun ölməsi, qohumları tərəfindən ona xəbər verilmədən dəfn edilməsi və bu səbəbdən onun öldürülməsindən şübhələndiyini bildirməsi barədə ərizəsi əsasında görülmüş tədbirlərlə T.Rəsulovun meyiti eksqumasiya edilib. Araşdırmalar zamanı onun boğma yolu ilə qətlə yetirilməsi müəyyən edilib.

Modern.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, həyata keçirilən istintaq və əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən oğlu Rahib tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım