Modern.az

ADU FUA-nın XVII Baş Assambleyasında təmsil olunub

ADU FUA-nın XVII Baş Assambleyasında təmsil olunub

22 May 2017, 13:11

Frankofoniya Universitet Agentliyinin assosiativ üzvü olan Azərbaycan Dillər Universiteti bu günlərdə Mərakeş şəhərində keçirilən Frankofoniya Universitet Agentliyinin (FUA) XVII Baş Assambleyasında təmsil olunub.

 

Modern.az xəbər verir ki, assambleyada FUA-nın yeni strategiyasının müəyyənləşdirilməsi, fransız dili üzrə ixtisas alan tələbələrin professional həyata hazırlanması, FUA-ya üzv olan universitetlərin daha da sıx əlaqəsini təmin etmək məqsədi ilə koordinasiya işlərinin daha da mükəmməl təşkili, o cümlədən FUA-nın yeni prezidentinin - Sorin Mihai Cîmpeanunun seçilməsi müzakirə olunub.

 

Assambleyada Fransa, Belçika, İsveçrə, Kanada, Rumıniya, Meksika, Mərakeş, Tunis və Afrika qitəsində yerləşən bir çox ölkələrin universitetlərinin nümayəndələri iştirak ediblər. Universitetimizi ADU-nun Frankofoniya Mərkəzinin rəhbəri, filologiya elmləri doktoru Gülnarə Sadıxova təmsil edib.

 

Qeyd edək ki, 106 ölkənin 817 universitet və elmi tədqiqat institutları ilə əməkdaşlıq edən FUA-nın dünyada 18 regional ofis və nümayəndəliyi var. Təşkilat yarandığı gündən fransız dilində elm və tədqiqat sahələri üzrə araşdırmalar aparan tələbə və müəllimləri dəstəkləyən əməkdaşlıq, mobillik proqramıdır.

 

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım