Modern.az

Britaniyadakı terrorda ölən və yaralananlar arasında azərbaycanlıların olması araşdırılır

 Britaniyadakı terrorda ölən və yaralananlar arasında azərbaycanlıların olması araşdırılır

23 May 2017, 10:28

Azərbaycanın Böyük Britaniyadakı səfirliyi Mançester şəhərində baş vermiş partlayışda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olmasını yerli orqanlar vasitəsilə araşdırır.

Bunu Trend-ə XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

XİN rəsmisi deyib ki, hər hansı xəbər olduğu təqdirdə əlavə məlumat veriləcək.

Qeyd edək ki, İngiltərənin Mançester şəhərində, "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib.

Son məlumata görə, partlayış nəticəsində 22 nəfər həlak olub, 50 nəfər isə yaralanıb.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR