Modern.az

Sarı zolağa düşən sürücülərə 52 min manatdan çox cərimə kəsilib

Sarı zolağa düşən sürücülərə 52 min manatdan çox cərimə kəsilib

23 May 2017, 10:58

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar şəhərin bəzi küçə və yollarında sarı xətlərlə xüsusi “Oyun zolaqları”ındakı qadağa bu gün saat 12:00-dan etibarən ləğv edilir.

 

Bu haqda Modern.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin  İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Polis polkovniki deyib ki, bu sata qədər sarı zolağa daxil olan mindən çox sürücüyə elektron protokol yazılıb:

“Ümumilikdə mayın 5-dən bu günədək sarı zolağa daxil olan 1319 nəfər inzibati məsuliyyətə cəlb edilib. Qadağa mayın 25-nə qədər nəzərdə tutulsa da, bu gün ləğv edilir”

 

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları ilə bağlı paytaxt yollarına çəkilmiş xüsusi sarı zolaqlara digər nəqliyyat vasitələrinin girişi qadağan idi.

 

May ayının 5-dən tətbiq olunan qadağaya əsasən, zolaqlara yalnız IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin təyin etdiyi və xüsusi işarələnmiş nəqliyyat vasitələri daxil ola bilər. Bu zolaqlara icazəsiz daxil olan nəqliyyat vasitələri 40 manat məbləğində cərimə edilib. İndiyə qədər 1319 sürücünün inzibati xəyata cəlb edildiyini nəzərə alsaq, onların 52760 manata cərimələndiyi məlum olur.

 

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR