Modern.az

İslam Oyunlarında neçə nəfərə tibbi yardım göstərilib?

İslam Oyunlarında neçə nəfərə tibbi yardım göstərilib?

23 May 2017, 13:11

12-22 mayda Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları vaxtı beynəlxalq yarışa xidmətlə bağlı ayrılmış Bakı Sağlamlıq Mərkəzinə və Kliniki Tibbi Mərkəzə 69 müraciət daxil olub və müayinə aparılıb.

 

Səhiyyə Nazirliyindən Modern.az-a verilən məlumata görə, 49 nəfərə zəruri ambulator yardım göstərilib, 25 nəfər isə stasionara yerləşdirilib.

"Stasionara yerləşdirilənlərin müalicəsi uğurla həyata keçirilib. Müraciətlər müxtəlif xarakterlidir, əksəriyyəti yerli, kiçik travmalar və zədələrlə bağlıdır.

 

Ölkəmizdə keçirilən IV İslam Həmrəylik Oyunları ilə bağlı səhiyyə müəssisələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərib, müraciət edən yerli və xarici vətəndaşlara bütün zəruri tibbi yardım göstərilib”.

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR