Modern.az

Futbolda ən maraqlı  ZƏDƏLƏNMƏLƏR: “Yataqda çox vaxt keçiririk, ondandır”

Futbolda ən maraqlı  ZƏDƏLƏNMƏLƏR: “Yataqda çox vaxt keçiririk, ondandır”

23 May 2017, 15:16

Dünyanın ən populyar idman növü sayılan futbolda bəzən qeyri-adi hadisələr də baş verir. Və bunlardan bəziləri uzun müddət yaddaşlardan silinmir. Hətta bəzi futbolçular karyerasını başa vurduqdan sonra da, məhz həmin hadisəyə görə xatırlanır.

 

Lakin bəzən də bədbəxt hadisə nəticəsində meydana çıxan zədələr, futbolçunun karyerasına ciddi zərbə vurur.

 

Modern.az  futbolda ən maraqlı zədə alma faktlarını araşdırıb.

 

 

 

 

 

 

Cianluici Buffon

 

Dünyanın ən yaxşılarından hesab olunan italyan qapıçı, Avropa çempionatından (2000) öncə keçirilən təlim məşq toplanışı zamanı zədə alıb. Belə ki o, milli komandanın qaldığı oteldə duş alarkən, sürüşərək baş barmağını qırıb. Bu hadisədən sonra İtaliya millisinin qapısı digər qapıçı Toldoya həvalə olunub.

 

Devid Bekhem

 

Üç təkərli velosipedlə atasının ayağının üzərindən keçən kiçik Bekhem, onu yaşıl meydanlardan bir müddətliyinə aralı salmışdı. Belə ki, əfsanəvi yarımmüdafiəçi çox vacib hesab olunan bir milli matçı kənardan izləyib.

 

Rüştü Rəcbər

 

 

Bədbəxt hadisə, dünya kubokunda (2002) çıxışı ilə dünyanın ən yaxşı 3-cü qapıçısı seçilən türk qolkiper Rüştü Rəcbərdən də yan keçməyib. Futbolçu butsisinin altını maket bıçaqla təmizləyərkən əlini kəsib.

 

Alessandro Nesta

 

Milanın təcrübəli müdafiəçisi,  “Play Station” oynayan zaman sol əlinin başbarmağını zədələyib. Nesta bu zədə ilə bağlı əməliyyat oldu və 4 həftə futbol oynaya bilmədi.

 

Santiaqo Kanizares

 

Dəlisov xarakteri ilə azarkeşlərə yaxşı tanış olan ispan qapıçı, təraş zamanı krem qutusunu ayağının üzərinə aşırıb. S. Kanizares aldığı zədəyə görə, dünya kubokunda İspaniya millisinin qapısını qorumaq şansını əldən verib.

 

Kevin Prins Boatenq

 

Bir vaxtlar Milan klubunda çıxış edən alman əsilli topçu, qasığındakı narahatlıq səbəbindən əsas heyətə düşə bilmirdi. Buna K. Boatenqin sevgilisi Melissa Satta belə aydınlıq gətirmişdi.

“Onunla yataqda çox vaxt keçirik. Bu səbəbdən tez-tez zədə alır”.

 

Bodo İlqiner

 

 

Real Madridin unudulmaz qapıçılarından olan B.İlqiner, oğlunun üzərinə düşən ütünü son anda tutaraq xilas edə bilmişdi. Lakin əllərinin yanması nəticəsində xeyli müddət yaşıl meydanlardan kənarda qalıb.

 

Cennaro Qattuzo

 

 

 

Çılğın italyan yarımmüdafiəçisi C.Qattuzo da, aldığı zədə ilə bu qəbildən futbolçular sırasına daxil olub. O, Milan klubunda məşqlər zamanı “görünməz qəza”nın qurbanı olub. Əvəzedici heyətin oturacaqlarından birində oturmaq istəyən C.Qattuzo ani olaraq tarazlığını itirib. İki oturacağın arasında sol əlinin üzərinə yıxılıb, biləyindən zədələnən futbolçu bir müddət oyunlarda əli sarğılı çıxış etdi.

 

Volkan Dəmirəl

 

Fənərbağça klubunun qapıçısı olaraq karyerasını davam etdirən V.Dəmirəl, əzəli rəqibləri Qalatasarayla derbi matçından sonra talesizlik yaşayıb. Öz futbolkasını azarkeşlərə fırladan zaman, futbolçunun çiyni çıxıb.

 

Leroy Lita

 

Konqo əsilli futbolçu, yuxudan oyandıqdan sonra yataqda gərnəşib və bu zaman sol ayağından zədə alıb.

 

Məcid Əmirov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı