Modern.az

“Azərbaycan idmançılarının 70%-dən çoxu İslamiadada medal qazanıb”

“Azərbaycan idmançılarının 70%-dən çoxu İslamiadada medal qazanıb”

23 May 2017, 16:41

 “İdmançılarımız IV İslam Həmrəyliyi Oyunlarında yüksək səviyyədə çıxış edib. IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən idmançılarımızın 70 faizindən çoxu medal qazanıb”.

 

Modern.az xəbvər verir ki, bunu Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə bu gün IV İslam Həmrəyliyi Oyunlarının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

MOK-un vitse-prezidenti bildirib ki, medalların sayı 162 olsa da, medalçıların sayı 200-dən çoxdur.

 

“Çünki basketbol, voleybol, həndbol, futbol və digər komandalarında bir deyil, bir neçə idmançı iştirak edirdi. Bunları nəzərə alsaq, medal qazanan idmançılarımızın sayı çoxdur. Oyunlarda iştirak edən idmançılarımızın 70 faizindən çoxu medal qazandı. Bu çox gözəl göstəricidir. Bu, Azərbaycanda idmana göstərilən diqqət və qayğının nəticəsidir".

 

Mirmahmud KAZIMOĞLU

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı