İŞİD qruplaşması Mançesterdəki terror aktını “müsəlman torpaqları”na hücuma görə qisas adlandırıb. Modern.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri ekstremistlərin “Amaq” agentliyi vasitəsi ilə yaydığı bəyanata istinadən məlumat verib.
Bəyanatda bildirilib ki, xilafətin bir döyüşçüsü Mançesterdə səlibçilərin toplaşdığı yerdə partlayıcı qurğunu işə salmağa müvəffəq olub.
Terrorçular hücumun əvvəlcədən planlaşdırıldiğını da qeyd edib.
Qeyd edək ki, terror aktı nəticəsində 22 nəfər ölüb, daha 59 nəfər isə yaralanıb.
Modern.az