Modern.az

Azərbaycanda diplomatik xidmətlə bağlı qanun dəyişdirilir

Azərbaycanda diplomatik xidmətlə bağlı qanun dəyişdirilir

24 May 2017, 09:06

“Diplomatik xidmət haqqında” qanuna dəyişiklik edilir. Modern.az-ın məlumatına görə, dəyişikliyə əsasən, yalnız müvafiq vəzifələrdə azı bir il çalışan diplomatik xidmət əməkdaşlarınınn və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən inzibati vəzifə tutan şəxslərin attestasiyası keçirilə bilər.

 

Hər bir diplomatik xidmət əməkdaşının  və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən inzibati vəzifə tutan şəxsin attestasiyası beş ildə bir dəfədən çox olmayaraq keçirilir.

Həmçinin xidməti attestasiya müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

 

Qanuna dəyişiklik Milli Məclisin mayın 31-də keçiriləcək iclasında müzakirə ediləcək.

 

Mirmahmud KAZIMOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı