Modern.az

Yeniyetmə bədbəxt hadisənin qurbanı oldu

Yeniyetmə bədbəxt hadisənin qurbanı oldu

26 May 2017, 21:11

Gəncədə 13 yaşlı oğlan bədbəxt hadisə nəticəsində ölüb. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Ozan küçəsində qeydə alınıb.

2004-cü il təvəllüdlü Aslanlı Vüsal Vüqar oğlu həyətdəki tut ağacından yıxılaraq ağır xəsarət alıb. O, Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilsə də, yeniyetmənin həyatının qurtarmaq mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı