Vəkil Elçin Sadıqov Gürcüstanda saxlanılaraq Azərbaycana gətirilən jurnalist Əfqan Muxtarlı ilə görüşüb. Modern.az xəbər verir ki, jurnalistlərə açıqlama verən vəkil Əfqan Muxtarlıya qarşı irəli sürülən maddələri açıqlayıb.
Vəkil bildirib ki, Ə. Muxtarlıya qarşı CM-nin 318-ci (Dövlət sərhədini qanunsuz olaraq keçmə) və 206-cı (Qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.
Elçin Sadıqovun sözlərinə görə, Ə.Muxtarlı Gürcüstanda saxlanılaraq Azərbaycana gətirilib.
Modern.az
18:28
Ötən gün Tbilisidə saxlanılan jurnalist Əfqan Muxtarlı Azərbaycana gətirilib.
Modern.az xəbər verir ki, bu barədə APA-ya məlumat verən vəkil Nemət Kərimli onun Dövlət Sərhəd Xidmətinə gətirildiyini bildirib.
Vəkilin sözlərinə görə, Ə. Muxtarlı sabah məhkəmə qarşısına çıxarılacaq.
Onun hansı səbəbdən saxlanıldığı hələlik məlum deyil.
Modern.az