Modern.az

“Facebook”da müsəlmanları təhqir etdi, 1 il həbs cəzası aldı

“Facebook”da müsəlmanları təhqir etdi, 1 il həbs cəzası aldı

Aktual

30 May 2017, 18:50

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Hindistan vətəndaşı sosial şəbəkədə Məhəmməd peyğəmbəri və müsəlmanları təhqir etdiyi üçün bir il müddətinə azadlıqdan məhrum edilib.

 

Modern.az  xarici KİV-ə istinadən məlumat verir ki, o həmçinin 136 min dollar dəyərində cərimə ödəməlidir.

 

Şəxsin özü isə ittihamları qəbul etmədiyini və “Facebook” hesabının sındırıldığını iddia edib.

BƏƏ qanunlarına görə, o, cəza müddətini başa vurduqdan sonra Hindistana deportasiya olunacaq.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj