Modern.az

“Vətəndaşlar kredit götürəndə imza atdıqları sənədi oxusunlar”

“Vətəndaşlar kredit götürəndə imza atdıqları sənədi oxusunlar”

31 May 2017, 13:53

“2017-ci ilin mart ayında biz 2016-cı ilin dövlət büdcəsinin hesabatını qiymətləndirmişik və hazırda da büdcənin icrası ilə bağlı qanun layihəsini müzakirə edirik. Bu, bir daha dövlətin şəffaf işləməsinə nümunədir. Bu baxımdan düşünürəm ki, bundan sonra hansısa məsələnin geniş şəkildə müzakirəsinə ehtiyac yoxdur”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri  Siyavuş Novruzov deyib.

Müzakirələr zamanı bəzi deputatların ölkədə devalvasiyadan sonra banklarda yaranan problemlər bağlı fikirlərinə münasibət bildirən S. Novruzovun sözlərinə görə, Azərbaycandan qat-qat böyük dövlət var ki, onlarda da devalvasiya, eləcə də ÜDM-nin aşağı düşməsi halları baş verib.

 

“Dünyada baş verən hadisələr təbii ki, Azərbaycanda da baş verir. Ara-sıra nöqsanlar, hansısa bankların kreditləri verməsi ilə bağlı problemlər ola bilər. Amma bu kommersiya bankıdır. Vətəndaşlar kredit götürdüyü zaman imza atdıqları sənədləri diqqətli oxumalı, problem olduqda da məhkəməyə müraciət etməlidir. Ümumilikdə isə kredit götürəndə vətəndaşlar onu qaytarmağı da düşünməlidirlər. Evi, maşını və digər əşyaları girov qoyub sonradan çox böyük problem yaşamağa ehtiyac yoxdur”.

 

Bu gün Azərbaycanda ən böyük tədbirlər keçirildiyini deyən deputat Azərbaycanda yeni tikinti sektorunun fəaliyyətə başladığını xatırladıb.

 

“Ötən gün Azərbaycanın birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə qaçqın və məcburi köçkünlər üçün Qaradağ rayonunda, eləcə də Nərimanov rayonunda 20 binanın tikilməsi prosesinə başlanılıb.

 

Bundan əlavə Nəsimi rayonunda böyük mikrarayon köçürülür. Bütün bunlar həm yeni iş yerlərinin açılması, həm də vətəndaşlarımızın güzəştli şəkildə mənzil sahib olmasına imkan yaradacaq. Bu proses Nizami və digər rayonlarda gedir. Təkcə Bakı şəhərində 300-ə yaxın binanın tikilməsi nəzərdə tutulur. Bu işlər dövlət tərəfindən  Azərbaycan Prezidentinin rəhbərliyi ilə gedir”.

 

Mirmahmud KAZIMOĞLU

Sizə yeni x var
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj