Modern.az

Kriştianu Ronaldo 372 gündə tarix yazdı

Kriştianu Ronaldo 372 gündə tarix yazdı

Aktual

5 İyun 2017, 12:10

Portuqaliyalı ulduz “Real”ın (Madrid) aparıcı futbolçusu Kriştianu Ronaldo son 1 ildə əldə etdiyi nailiyyətlərlə hər kəsi özünə heyran buraxıb.

Modern.az xəbər verir ki, K.Ronaldo 2016-2017 mövsümündə 10 mükafat qazanıb.

Bunlardan 6-sı kubok mükafatı, 4-ü isə şəxsi nailiyyətlərdir.

Çempionlar Liqasının final mərhələsində dubl edərək, kubokun qazanılmasında böyük rol sahibi olan ulduz futbolçu, bununla da kariyerasında 600-cü qolunu rəsmiləşdirib.

O, eyni zamanda bu arenada dalbadal 5-ci dəfə qol kralı olub.

32 yaşlı oyunçunun son 1 ildə, daha dəqiq desək, son 372 gündə əldə etdiyi nəticələr bunlardır:

“EURO-2016” qalibi (Portuqaliya milli komandası)

2 dəfə Çempionlar liqasının qalibi (“Real Madrid”)

UEFA super kuboku

FİFA dünya klublar kuboku

İspaniya “La liqa”sı

Bununla yanaşı, təcrübəli futbolçu, UEFA və FIFA-da “İlin futbolçusu”, “Ballon d’Or” mükafatı və Portuqaliyada “İlin futbolçusu” seçilib.

 

Məcid Əmirov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI