Cəlaləddin Qasımov Beynəlxalq Federasiyanın Azərbaycandakı nümayəndəsi seçilib

Cəlaləddin Qasımov Beynəlxalq Federasiyanın Azərbaycandakı nümayəndəsi seçilib

Aktual

6 İyun 2017, 12:20

Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının qrup toplantısı keçirilib.

Modern.az saytı xəbər verir ki, toplantıda Federasiyanın Azərbaycan üzrə rəsmi nümayəndəsi də seçilib. Belə ki, Cəlaləddin Qasımov Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycandakı rəhbəri təyin edilib.

Qeyd edək ki, Cəlaləddin Qasımov uzun müddətdir hüquq-mühafiəz orqanlarında çalışır.

O, Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb. Daha sonra Ukrayna Beynəlxalq Hüquq Akademiyasını, ardınca Azərbaycan DİN-in Polis Akademiyasını bitirib.
1997-ci ildən daxili işlər orqanlarında xidmət edir. Hazırda Bakı şəhər Baş Polis İdarəsinin İHOSM-ın rəis müavini vəzifəsində çalışır.

Həm də yaradıcılıqla məşğul olan yazıçı-publisist C.Qasımov Beynəlxalq Qaşqari Fondunun vitse-prezidenti, Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının üzvüdür. O, araşdırmaçı-tarixçi kimi də tanınıb.


Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
"Tərtər işi" ilə bağlı şok faktlar üzə çıxdı: Ölənlər günahsız imiş