Modern.az

Feminizm mövzusunda pulsuz seminar olacaq

Feminizm mövzusunda pulsuz seminar olacaq

6 İyun 2017, 14:10

Qadınların ictimai fəaliyyətdə rolu artdıqca gender bərabərliyi, feminizm kimi məsələlər də aktuallaşır. 

 

Son zamanlar bu sosial şəbəkələrdə qadın haqq və hüquqlarının qorunmağı, cəmiyyətdə qadınların fəaliyyətinin artırılmasını hədəfləyən səhifələr də artmaqdadır.

Amma burada da fikirlər birmənalı deyil. Bir qisim cəmiyyətdəki problemlərin məhz qadınların təhsilsizliyi, onların haqlarının pozulmasından qaynaqlandığı fikrini müdafiə etsə də, digərləri buna qarşı çıxır.

Modern.az-ın məlumatına görə, qadınların cəmiyyətdəki fəaliyyətini artırmağı hədəfləyən komanda olan, Milli Fikir Mərkəzinin nəzdində fəaliyyət göstərən, qızlardan ibarət "Tələb edirəm" komandasının növbəti seminarında məhz bu mövzu ələ alınıb. "Feminizm çıxış yoludurmu?" mövzusu ilə keçiriləcək seminarın açıqlamasında qeyd olunur:

"Cəmiyyətimizdə qadın haqlarının pozulması ilə tez-tez qarşılaşırıq. Bəzi şəxslər bu problemdən çıxış yolu kimi feminizmi göstərsə də, digər kəsim buna qarşı gəlir və feminizmin çıxış yolu olmadığını bildirir. Buna görə də seminarımızda bu məsələ haqqında danışacaq və çıxış yolu üçün birgə müzakirə aparacağıq".

11 iyun, saat 14.00-da baş tutacaq seminarın məruzəçisi "Tələb edirəm" komandasının rəhbəri Qəmər Mustafayevadır. 

Seminar ödənişsizdir, iştirak qeydiyyat əsasında olacaq. Qeydiyyatdan keçmək üçün LİNKƏ daxil ola bilərsiniz.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU