Bu gün Yunanıstanın Xios və Lesbos adaları arasında dənizin 10 kilometr dərinliyində baş verən 6,2 bal gücündə zəlzələ Türkiyənin 12 şəhərində hiss olunub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələ İzmir, Bursa, Sakarya, Ankara, Manisa, Uşak və Aydın şəhərlərində hiss olunub.
İtkilərin olmadığı bildirilsə də, zəlzələnin dağıntılara yol açdığı da bildirilir. İlk təkanların ardınca daha 20 təkanın da qeydə alındığı bildirilir.
Vüqar İSMAYILOV