Modern.az

"Qırmızı körpü"də iş təkmilləşdirilir

"Qırmızı körpü"də iş təkmilləşdirilir

12 İyun 2017, 21:47

"Gürcüstan və Azərbaycan Avropa İttifaqının (Aİ) dəstəyi ilə "Qırmızı körpü" gömrük-buraxılış məntəqəsinin təkmilləşdirilməsi üzərində çalışır". Modern.az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin rəhbəri Aydın Əliyev bildirib.

Onun sözlərinə görə, Gürcüstan ərazisində fitosanitar, baytarlıq və digər növ laboratoriyalar yaradılacaq: "Azərbaycan tərəfində isə iri logistika mərkəzi tikiləcək".

Qeyd edək ki, layihə bu ilin martında başlayıb və 2017-ci ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. Layihə Azərbaycana 1,3 milyon dollara başa gələcək.

 

Modern.az

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular