Modern.az

Azərbaycan-Avstraliya diplomatik münasibətlərinin 25 illiyi ilə bağlı TƏDBİR – Avstraliya parlamentində  

Azərbaycan-Avstraliya diplomatik münasibətlərinin 25 illiyi ilə bağlı TƏDBİR – Avstraliya parlamentində   

14 İyun 2017, 14:35

İyunun 13-də Avstraliyanın Federal Parlamentində Azərbaycan Respublikası ilə Avstraliya İttifaqı arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlaqədar qəbul keçirilib. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci iliyunun 19-da qurulub.

 

Modern.az xəbər verir ki, tədbirdə ilk çıxış edən Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, senator Kristofe rBək qəbulda iştirak edən qonaqları Avstraliyanın baş naziri MalkolmTörnbull və xarici işlər naziri CuliBişopunadından salamlayıb.

 

Sonra o, 2016-cı ilin sentyabr ayında Azərbaycanda keçirilmiş ümumxalq səsverməsini (referendumu) müşahidə etmək məqsədilə ölkəmizdə səfərdə olduğunu bildirərək, həmin səfərlə bağlı xoş təəssüratlarını bölüşüb. Avstraliyalı senator referendumun yüksək səviyyədə keçirildiyini, habelə səsvermə prosesinin təşkilinin standartlarından məmnun qaldığını diqqətə çatdırıb.

 

O, səfər çərçivəsində ölkə rəsmiləri ilə bir sıra görüşlər keçirdiyini qeyd edərək, Avstraliya və Azərbaycan arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi-ticarət sahəsində qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu bildirib. Bu xüsusda, senator bir neçə Avstraliya şirkətinin Azərbaycanda həyata keçirilən biznes layihələrində iştirakını müsbət hal kimi dəyərləndirib. O, həmçinin, ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əməkdaşlığın xüsusi rolunu vurğulayıb.

 

Tədbirdə çıxış edən Azərbaycanın Avstraliyadakı Səfirliyinin müvəqqəti işlər vəkili Elcan Həbibzadə son illərdə ölkələr arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlər üzrə uğurla inkişaf etdiyini qeyd edib. O, Azərbaycanın Avstraliya ilə dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət verdiyini bildirərək, bu mövqeyin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avstraliya İttifaqının General-Qubernatoru PiterKosqrouva diplomatik əlaqələrin 25 illiyi ilə əlaqədar ünvanladığı təbrikində öz əksini tapdığını xüsusi olaraq vurğulayıb.

 

Azərbaycanlı diplomat Avstraliyanın dövlətimizin müstəqilliyini tanıyan ilk ölkələr sırasında olduğunu qeyd edərək, Azərbaycan Hökumətinin Avstraliyanın ölkəmizin suverenliyi və ərazi bütövlüyünün qəti və ardıcıl şəkildə dəstəklənməsi ilə bağlı mövqeyini yüksək qiymətləndirdiyinidiqqətə çatdırıb.

İkitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edən E.HəbibzadəAvstraliyanın beynəlxalq inkişaf və Sakit okean regionu üzrə naziri xanım KonçettaFierravanti-Uelsinbu ilin 11-12 iyun tarixlərində Azərbaycanasəfərinin iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsinəmühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

 

Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun ilk sədri, sabiq millət vəkili Lyuk Simpkinsqəbulda çıxış edərək, iki ölkə arasında iqtisadi-ticarət sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb. O, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən Avstraliya şirkətlərinin təmsilçilərindən ibarət nümayəndə heyətinin bu ilin oktyabr ayında Azərbaycana səfərinin nəzərdə tutulduğunu bildirib. L.Simpkins qeyd edib ki, işgüzar dairələr arasında əlaqələrin artırılması müxtəlif sahələrdə qarşılıqlı təcrübə mübadiləsinin aparılması, eləcə də dövlətlər arasında münasibətlərin daha da dərinləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

 

Tədbirdə Avstraliya Parlamentinin üzvləri, Kanberrada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, eləcə də Avstraliyadakı Azərbaycan icmasının üzvləri iştirak ediblər.

 

Modern.az

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?