Modern.az

Hüseyn Cavid prospektində yeni piyada keçidi istifadəyə verilib

Hüseyn Cavid prospektində yeni piyada keçidi istifadəyə verilib

14 İyun 2017, 21:11

Paytaxtın Yasamal rayonu Hüseyn Cavid prospektində yeni piyada keçidi istifadəyə verilib. Modern.az xəbər verir ki, bu barədə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Anar Nəcəflinin sözlərinə görə, yeraltı piyada keçidi Hüseyn Cavid parkının qarşısında inşa edilib. "Azəravtoyol” ASC-nin "Azəryolelmitədqiqatlayihə" İnstitutu tərəfindən hazırlanan layihəyə əsasən 2 giriş-çıxışlı yeni piyada keçidinin ümumi uzunluğu 57.1 metrdir. Bura keçidin 21.9 metr uzunluğunda olan pilləkan hissələri və 35.2 metr olan qalereyası daxildir. Qalereyanın (keçid hissə) eni 5 metr, hündürlüyü isə 3.2 metrdir. Keçid xidməti otaqla və təhlükəsizlik kameraları ilə təchiz olunub.

 

Piyada keçidi avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazidə inşa edilib. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?