İŞİD qruplaşmasının bir çox liderləri Raqqa və Mosulu tərk edərək Suriyanın Əl-Məyədin şəhərində gizləniblər.
Modern.az xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatı məlumat verib.
Əl-Məyədin şəhəri Fərat çayının sahilində, İraqla sərhəddə yerləşir.
Xatırladaq ki, Mosul şəhəri 2016-cı ilin oktyabrından azad olunmağa başlayıb. Raqqa şəhəri uğrunda döyüşlər isə 1 həftə öncə başlayıb.
Vüqar İSMAYILOV