Modern.az

DİN və DTX Bakıda əməliyyat keçirdi - 207 manat oğurlayan tutuldu

DİN və DTX Bakıda əməliyyat keçirdi - 207 manat oğurlayan tutuldu

Aktual

16 İyun 2017, 12:32

Daxili işlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşları Bakıda vətəndaşın bank hesabından pul çıxaran şəxsin zərərsizləşdirilməsi ilə bağlı əməliyyat keçirib.

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, cari ilin may ayının 11-də Bakı şəhər sakini Qızqayıt Abbasova Nəsimi RPİ 22-ci Polis Bölməsinə müraciət edərək "Kapital Bank"dakı hesabından 207 manat pulunun yoxa çıxmasını bildirib.

DTX və Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Q.Abbasovanın pulunun Qazax rayon sakini Əli Əliyev tərəfindən internet vasitəsi ilə çıxarılması müəyyən edilib və o, iyunun 12-də Nəsimi rayonu ərazisində tutularaq istintaqa təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

 

Mirmahmud Kazımoğlu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular