Modern.az

Cibuti müharibəyə başlaya bilər

Cibuti müharibəyə başlaya bilər

16 İyun 2017, 17:02

Eritreya qoşunları Qətərin sülhməramlı kontingenti bölgəni tərk etdikdən sonra Cibuti ilə olan mübahisəli əraziyə öz qoşunlarını yeridib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Dümeyra dağını və eyniadlı ada Eritreya qoşunlarının nəzarətindədir.

 

“Qətər sülhməramlıları iyunun 12-13-də region tərk ediblər. Həmən gün Eritreya qoşunları mübahisəli Dumeyra dağı və adasını ələ keçiriblər”-deyə Cibutinin xarici işlər naziri Mahmud Əli Yusif deyib.

 

Cibuti və Eritreya arasında ərazi mübahisəsi 2008-ci ildən bəri mövcuddur.

 

Vüqar İSMAYILOV

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular