Modern.az

Soydaşlarımızın da xəsarət aldığı qəzanın səbəbləri - Yenilənib

Soydaşlarımızın da xəsarət aldığı qəzanın səbəbləri - Yenilənib

Aktual

16 İyun 2017, 21:59

Rusiyanın Kalmıkiya Respublikasında soydaşlarımızın da xəsarət alması ilə nəticələnən qəzanın səbəbləri məlum olub. Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, aşan mikroavtobusun sürücüsü tibbi müayinədən keçirilib. Müayinə nəticəsində onun qanında alkoqol müəyyən edilməyib.

Kalmıkiya Daxili İşlər Nazirliyinin nümayəndəsinin bildirdiyinə görə, qəzaya səbəb sürücünün sükan arxasında yuxulaması olub.

DİN rəsmisi həmçinin bildirib ki, hazırda bir qadın həkimlərin nəzarətindədir. Digər sərnişinlərin yüngül xəsarət aldıqları, hospitalizasiyadan imtina etdikləri bildirilir.

Xatırladaq ki, bu gün Rusiyada içərisində Azərbaycan vətəndaşlarının olduğu mikroavtobus qəzaya uğrayıb. Nijnı Novqoroddan Bakıya gələn mikroavtobus Kalmıkiyanın Çernozemelski rayonunda aşıb. Qəza zamanı mikroavtobusda 9 uşaq olmaqla 17 nəfər olub.

 

18:13

 

Rusiyanın Kalmıkiya vilayətinin Çernozemelsk rayonunda Azərbaycan vətəndaşlarının olduğu mikroavtobus aşıb.

 

Modern.az Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 10 nəfər, o cümlədən 7 uşaq xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

 

Nijni Novoqoroddan Bakıya gələn avtobusda 10-dan çox Azərbaycan vətəndaşı olub.

Qəzanın səbəbləri müəyyənləşdirilir.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular