Modern.az

Sumqayıtda yataqxanada yanğın: 25 nəfər təxliyyə edildi

Sumqayıtda yataqxanada yanğın: 25 nəfər təxliyyə edildi

Aktual

16 İyun 2017, 20:02

Sumqayıtda yataqxana binası yanıb. Modern.az  Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Sumqayıtda beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsinin ümumi dəhlizində yerləşən sahəsi 30 kvadratmetr olan mətbəxin yanar konstruksiyaları yanıb.

Yüksək temperaturdan mətbəxin və dəhlizin lambirindən ibarət tavanı 60 kvadratmetr sahədə əriyib. Yanğın zamanı 3 sakin yanğınsöndürənlər tərəfindən xilas edilib və 25 sakin təhlükəsiz əraziyə təxliyə olunub.

Dəhlizin qalan hissəsi və bina yanğından mühafızə olunub. Yanğın saat 16:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular