Modern.az

Mənşəyi məlum olmayan ət satanlardan həbs olunanlar var

Mənşəyi məlum olmayan ət satanlardan həbs olunanlar var

Aktual

16 İyun 2017, 20:43

Mənşəyi məlum olmayan əti satışa çıxardığı üçün artıq 10 nəfərin işi istintaqa göndərilib. Modern.az xəbər verir ki, bu barədə “APA”ya kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.

Nazirin sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi sərt addımların nəticəsi olaraq mənşəyi məlum olmayan ət aşkarlanır.

“Məsələ burasındadır ki, nazirliyin prokurorluq və hüquq-mühafizə orqanlarına müraciəti nəticəsində bu hadisələr ortaya çıxır və biz bunun qarşısını alırıq. Onlarla iş təsdiq olunmaq üçün prokurorluq orqanlarına göndərilib. Artıq 10 nəfərin işi bu əməllərinə görə prokurorluq orqanlarına göndərilib, onlardan həbs olunanlar var. Mənşəyi məlum olmayan ət məhsullarının aşkarlanması nazirliyin fəaliyyətini gücləndirməsi sayəsində mümkün olub”, - deyə nazir vurğulayıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular