Modern.az

"Bu ədalətsizlik bitməyincə, regionda sabitlik olmaz" - Erkan Özoral

"Bu ədalətsizlik bitməyincə, regionda sabitlik olmaz" -  Erkan Özoral

16 İyun 2017, 23:36

"Bizim qəlbimizdə bir qapanmayan yara var, bu da Dağlıq Qarabağ münaqişəsidir. Bu gün İraq, Suriya kimi yerlərdə bir çox ədalətsizliklər davam edir. Amma Dağlıq Qarabağda ədalətsizlik uzun müddətdir mövcuddur. Bunu sona çatdırmaq lazımdır. Bu ədalətsizlik bitməyincə, regionda sabitlik olmaz". Modern.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan jurnalistləri üçün təşkil olunan iftar süfrəsində çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.

Onun sözlərinə görə, Türkiyə həmişə Azərbaycanın yanındadır və yanında olacaq: "O gün mütləq gələcək ki, məsələ də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapacaq" .

Qeyd edək ki, Türkiyənin Azərbaycandakı səfirliyi mətbuat nümayəndələri üçün iftar süfrəsi təşkil edib. Mərasimdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və xanımı, səfirliyin mətbuat üzrə müşaviri Hamid Karadeniz, Azərbaycanın aparıcı KİV-lərinin təmsilçiləri iştirak ediblər.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular