Modern.az

Ərdoğan fransalı həmkarı ilə Qətər problemini müzakirə edib

Ərdoğan fransalı həmkarı ilə Qətər problemini müzakirə edib

17 İyun 2017, 00:56

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makronla Qətərin ətrafında yaranmış vəziyyəti müzakirə edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Türkiyə prezidenti həmçinin Qətərin əmiri ilə telefon danışığı aparıb və regional məsələləri müzakirə edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittihaam edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra digər ölkələr bu Qətərlə münasibətləri dayandırdığını və ya azaltdığını bildirib.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular