Modern.az

AZƏRTAC-ın üç ölkədəki müxbir məntəqəsinin “Facebook” səhifəsi açıldı

AZƏRTAC-ın üç ölkədəki müxbir məntəqəsinin “Facebook” səhifəsi açıldı

17 İyun 2017, 09:39

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) Ukrayna, Belarus və Moldova üzrə müxbir məntəqəsinin “Facebook” səhifəsi istifadəyə verilib.

Dünyanın ən məşhur sosial şəbəkəsinin istifadəçiləri daim yenilənən //www.facebook.com/1871765836419509/ səhifəyə qoşulmaqla mütəmadi olaraq AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova üzrə ən son məlumatları ilə asanlıqla tanış ola bilərlər.

Səhifədə, həmçinin Azərbaycanın milli maraqlarına xidmət edən, ölkəmizdə gedən proseslər barədə məlumatlar, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlər yer alacaq.

Bundan əlavə, sosial şəbəkə istifadəçiləri qeyd olunan səhifə vasitəsilə vaxtaşırıAZƏRTAC-ın yaydığı xəbərlərlə bağlı suallar verməklə interaktiv ünsiyyət imkanı qazanacaqlar.

Oxucularla daim ünsiyyət və əməkdaşlıq qurmağa çalışan AZƏRTACbu səhifə vasitəsilə onlara öz fikirlərini çatdırmaq üçün növbəti gözəl şans yaradıb.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular