Modern.az

DİN məlumat yaydı: Biləsuvardakı yanğında uşaq ölüb, anası ağır xəsarət alıb

DİN məlumat yaydı: Biləsuvardakı yanğında uşaq ölüb, anası ağır xəsarət alıb

17 İyun 2017, 11:13

Biləsuvar şəhərində evdə yanğın olub, ana və uşağı yanıb.

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə,  iyunun 16-da saat 17 radələrində Biləsuvar şəhərində Natiq Aslanova məxsus evdə yanğın baş verib.

Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanıq xəsarəti alan N.Aslanovun arvadı Gülnar Məmiyeva və oğlu, 8 yaşlı Ümid xəstəxanaya yerləşdiriliblər. Uşaq orada ölüb, G.Məmiyevanın vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

 

 

Mirmahmud KAZIMOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular