Modern.az

Putin: “ABŞ xüsusi xidmət orqanları Türkiyədəki çevrilişindən xəbərdar olub”

Putin: “ABŞ xüsusi xidmət orqanları Türkiyədəki çevrilişindən xəbərdar olub”

17 İyun 2017, 11:51

Rusiya prezidenti Vladimir Putin amerikalı kinorejissor Oliver Stouna müsahibəsində deyib ki, ABŞ xüsusi xidmət orqanları Türkiyədə hazırlanan dövlət çevrilişindən xəbərdar olub.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Putinin sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan heç vaxt ona amerikalıların çevrilişə hazırlıqda iştirak etdiyini deməyib.

“Lakin mən məntiqi ardıcıllığı deyə bilərəm. Əgər doğurdan da Gülən dövlət çevrilişi cəhdində iştirak edibsə, mənim bu barədə anlayışım belə, yoxdur – onda ABŞ xüsusi xidmət orqanlarının baş verənlərdən xəbərdar olmamasını təsəvvür etmək çətindir”.

 

Rusiya prezidenti bildirib ki, ABŞ-ın Hərbi Hava Qüvvələri Türkiyədə "İncirlik" hərbi bazasında yerləşir və bu bazanın hərbçiləri dövlət çevrilişi cəhdindən aktiv şəkildə iştirak edib.

 

 

Mirmahmud KAZIMOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular