Modern.az

Son sutkada Azərbayaca düşən yağıntının miqdarı açıqlandı

Son sutkada Azərbayaca düşən yağıntının miqdarı açıqlandı

17 İyun 2017, 12:15

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti iyunun 16-sı  gündüzdən 17-si səhərədək müşahidə olunmuş faktiki hava şəraiti haqda açıqlama verib. Qurumdan Modern.az-a bildirilib:

“Əvvəlcədən xəbər verildiyi kimi iyunun 16-sı axşamdan 17-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib,  şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-12, Böyük Qafqazda 4-24, Qazax-Gəncə zonasında 5-11, Kiçik Qafqazda 13-16, Mərkəzi-Aran rayonlarında 1-14, Lənkəran-Astara zonasında 1-11, Naxçıvan MR-da 1-4 mm təşkil edib”.



Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular