Modern.az

Orta məktəbdə arıçılıq - VİDEO

Orta məktəbdə arıçılıq - VİDEO

Aktual

20 İyun 2017, 00:14

Orta məktəbin həyətinə arı yeşikləri qoyulub.İlk baxışda bu ciddi problem kimi görünməsə də bəzi valideynlər vəziyyətdən narazıdır. Modern.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, Daşkəsənin Bayan kənd sakini Emin Məmmədovun sözlərinə görə, bu haldan narazı olanlar çoxdur. Çünki arı sancması uşaqlar üçün ciddi təhlükə törədə bilər. Şikayətçi həmçinin deyir ki, ərazi dağlıq, yaşıllıqdır. Arı yeşiklərini yığmağa da kifayət qədər münbit yer var.

Şikayətçi bunun direktor tərəfindən edildiyini iddia edir. Ondan bunun səbəbini soruşansa olmayıb.

Məktəbin direktoru vəzifəsini icra edən Emin İdilxanov isə məsələnin süni şişirdildiyini iddia edir. Onun sözlərinə görə bu addımın atılmasında məqsəd sırf yolda qalan birinə kömək etmək olub.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular