Modern.az

Qusarda ana 5 yaşlı qızını qəsdən öldürüb - RƏSMİ

Qusarda ana 5 yaşlı qızını qəsdən öldürüb - RƏSMİ

Aktual

21 İyun 2017, 12:06

Daxili İşlər Nazirliyi (DİN) Qusar rayonunda 5 yaşlı uşağın anası tərəfindən öldürülməsi faktı barədə məlumat yayıb.

Modern.az xəbər verir ki, DİN-in məlumatına görə, iyunun 14-də Qusar rayonunun Hil kəndindən 5 yaşlı Luiza Saypullayeva ölmüş vəziyyətdə xəstəxanaya gətirilib.

Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən aparılan araşdırmalarla uşağın anası Gülnara Saypullayeva tərəfindən südünə zəhər qatılmaqla qəsdən öldürülməsi müəyyən edilib və o, şübhəli şəxs qismində tutulub.


Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər