Modern.az

5 ayın vergi yayınmaları - Rəqəmlər AÇIQLANDI

5 ayın vergi yayınmaları - Rəqəmlər AÇIQLANDI

21 İyun 2017, 12:16

Hesabat dövründə nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunması üzrə 55 obyektdə vergi nəzarəti tədbirləri keçirilib.

Bu barədə Modern.az-a Vergilər Nazirliyinin Vergi öhdəliklərinin icrasına nəzarət departamentinin baş direktoru, baş vergi xidməti müşaviri Zeynalabdin Məmmədzadə məlumat verib.

 

Nazirlik rəsmisi qeyd edib ki, nəticədə 31 obyektdə qanunvericiliyin tələblərinin pozulması faktları aşkar edilib:

“Pozuntuya yol vermiş vergi ödəyicilərinə 119,9 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

Bundan başqa. qeyri-rəsmi məşğulluq və vergidən yayınma hallarının qarşısının alınması məqsədilə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması istiqamətində vergi orqanları tərəfindən cari ilin yanvar-may ayları ərzində 555 obyektdə yoxlama aparılıb.

Vergi nəzarəti tədbirləri nəticəsində 329 obyekt üzrə 1987 nəfər şəxsin müvafiq qaydada rəsmiləşdirilmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyi aşkar olunub. Nəzarət tədbirlərinin nəticələrinə görə, qanun pozuntusuna yol vermiş şəxslər barəsində 1 milyon 735 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib”.

 

O, eyni zamanda qeyd edib ki, 2017-ci ilin yanvar-may ayları ərzində vergi nəzarəti tədbiri keçirilmiş 1042 obyektdən 942-də pozuntu faktları aşkar edilib.

32 milyon 936,1 min manat həcmində uçotdan gizlədilmiş pul vəsaiti, 41 milyon 99 min manat məbləğində uçotdan gizlədilmiş mallar aşkar edilərək həmin vergi ödəyicilərinə ümumilikdə 5 milyon 454,6 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

 

 

Gülşən RAUFQIZI

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular