Modern.az

“Mercedes" ana-balanı vurdu - ana yaralandı, qızı öldü

“Mercedes" ana-balanı vurdu - ana yaralandı, qızı öldü

26 İyun 2017, 11:55

İyunun 24-də saat 22 radələrində Quba rayonunun Gədiy kəndi ərazisində Rəşad Qələmiyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən kənd sakinləri Aynurə Xudaverdiyevanı və onun qızı Nazlını vurub.
Modern.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində hər iki piyada xəstəxanaya yerləşdirilib, Nazlı orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.



Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı