Modern.az

22 yaşlı oğlan çayda batdı

22 yaşlı oğlan çayda batdı

28 İyun 2017, 23:14

Kürdəmirdə 22 yaşlı oğlan çayda batıb. Modern.az APA-ya istinadən xəbər verir ki, Kürdəmir rayon sakini, 1995-ci il təvəllüdlü Firuddun Vasif oğlu Əhmədov bu gün axşam saatlarında Girdiman çayında çimərkən batıb.

Qısa müddət ərzində F. Əhmədovun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.

Məlumata görə, mərhumun atası V. Əhmədov polis əməkdaşıdır.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı