Modern.az

Fövqəladə Hallar Nazirliyi: model qız dənizin nəzarətsiz yerində boğulub

Fövqəladə Hallar Nazirliyi: model qız dənizin nəzarətsiz yerində boğulub

29 İyun 2017, 16:19

Nəzarətdə olan çimərlik ərazilərində suda batmaq təhlükəsi olan 14 nəfər, qeyri-çimərlik ərazilərində 4 nəfər xilas edilib.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət  Xidmətinin Xilasetmə və dalğıc işləri üzrə şöbəsinin müdiri Elsevər Həsənov məlumat verib.

E.Həsənov bildirib ki, nəzarət olan sahələrdə xilasedicilər, təcili tibbi yardım fəaliyyət göstərir:

 

“İnsanların təhlükəsizliyi üçün bütün zəruri tədbirlər görülür.  Xidmətin nəzarətində olan hissələrdə suda batma halları qeydə alınmayıb”.

E.Həsənovun sözlərinə görə, “Miss Lafarella” insternet müsabiqəsinin iştirakçısı, model Günel Mirzəyeva da nəzarətsiz hissədə batıb:

 

“Qeyd etdiyim kimi, xidmətin nəzarətində suda batma halı olmayıb”.

 

Nazirlikdən bildirilib ki, nəzarətsiz qalan hissədə batma halları rübün yekununda açıqlanacaq.

 

Qeyd edək ki, bu gün G.Mirzəyevanın meyiti batdığı yerin yaxınlığında aşkar edilərək sudan çıxarılıb.

Gülşən RAUFQIZI

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...