Azərbaycan Prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Modern.az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, Azərbaycan Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə polis general-mayoru ali xüsusi rütbəsi verilsin:
polis polkovniki Arzu Arif oğlu Daşdəmirova
polis polkovniki Emil Ramil oğlu Usubova
polis polkovniki Oqtay Əsgər oğlu Kərimova
polis polkovniki Səfər Hüseyn oğlu Əliyevə
Qeyd edək ki, siyahıda adı keçən Emil Usubov daxili işlər naziri Ramil Usubovun oğludur.
Modern.az