Rusiyanın baş sanitar həkimi, Rospotrebnadzor xidmətinin rəhbəri Anna Popova xaricdə dincələn rusiyalı turistlərin ölkəyə gətirdikləri xəstəliklərin statistikası barədə məlumat verib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, xaricdən ən çox gətirilən xəstəliklərin siyahısına Denge qızdırması başçılıq edir.
“Ötən 2 il ərzində İndoneziya, Tailand, Vyetnam, Anqola, Hindistan, Dominikan Respublikası, Şri-Lanka və Maldov Adalarında 400 belə fakta rast gəlinib”-deyə Popova deyib.
Baş sanitar həkim Azərbaycan və Ermənistana gedən turistlərindən daha çox bruselyoz xəsətliyinin tapıldığını deyib. Onun sözlərinə görə, bu xəstəlik qaynadılmamış süd və keyfiyyətsiz emal olunmuş ət məhsullarından keçir.
Vüqar İSMAYILOV