Ermənistanda 2016-cı ilin yekunlarına görə orta pensiya məbləği 83 dollar(40,3 min dram) təşkil edir.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, 2016-cı ilin sonu üçün ölkədə 530,311 təqaüdçü var. Onlardan 197 nəfəri keçmişdən yüksək dövlət vəzifələri tutduqları üçün fərdi pensiya alırlar. Həmin pensiyaların məbləği isə orta hesabla 650 dollar təşkil edir.
Vüqar İSMAYILOV