Modern.az

Bakıda çempionu öldürən sürücü tutuldu

Bakıda çempionu öldürən sürücü tutuldu

29 İyun 2017, 17:50

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu çempion Reyhan Məmmədovanın ölümü ilə bağlı məlumat yayıb.

Rəsmi qurumların mətbuat xidmətlərindən Modern.az-a verilən məlumata görə, iyunun 28-də saat 21:10 radələrində Xətai rayonu ərazisində Masallı rayon sakini 1962-ci il təvəllüdlü Məmmədov Əlifağa Abdul oğlu sərxoş vəziyyətdə idarə etdiyi özünə məxsus “BMW” markalı, AZ90-XU-928 dövlət nömrə nişanlı avtomobillə yolu keçən piyada, 1995-ci il təvəllüdlü Məmmədova Reyhan İlqar qızını vurub, sonuncu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Fakta görə Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Cinayəti törətməkdə şübhəli bilinən Ə.Məmmədov tutulub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, R.Məmmədova dağadırmanma, qayayadırmanma, buzadırmanma üzrə çempion olub.

 

Gülşən RAUFQIZI

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...