Modern.az

Beytulla Hüseynov MTN generallarının məhkəməsində ifadə verib

Beytulla Hüseynov MTN generallarının məhkəməsində ifadə verib

29 İyun 2017, 18:26

Bu gün Sabunçu rayon Məhkəməsində ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

S. Qurbanovun vəkili İlkin Mustafanın APA-ya verdiyi məlumata görə, iclasda şahid qismində Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin həbsdə olan sabiq baş direktoru Beytulla Hüseynov ifadə verib. B. Hüseynov zərərçəkmiş Ağaisa Mahmudovun dediklərini təkzib edib. Bildirib ki, A. Mahmudovun barəsində danışdığı ev ona yox, bacısına məxsus olub.

 

Proses iyulun 4-də davam edəcək.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...